"Zirə" futbolçusu Ali Sesayla yollarını ayırıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub 27 yaşlı sierra-leoneli oyunçuya göstərdiyi xidmətləri qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Sesay komandaya ötən ilin yanvarında transfer olunmuşdu. 1 il ərzində "qartallar"ın heyətində cəmi 9 oyundqa meydana çıxıb.



