"Sabah" klubu futbolçusu Moldova millisinin üzvü Yevgeni Koçukla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Yevgeni Koçuk bu ilin yanvarında "Səbail"dən "Sabah"a keçib. Onun müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi.