Kriştiano Ronaldo maraqlı açıqlama ilə gündəmə gəlib.
"France Football"ın sorğusunda tarixin ən yaxşı sol cinah hücumçusu seçilən futbolçu televizorda futbola baxmaqdan zövq almadığını bildirib.
Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, mavi ekran qarşısında əyləşəndə 35 yaşlı ulduzu digər idman növləri maraqlandırır: "Futbol oynamaq məni ehtiraslandırır. Amma televizorda futbola yox, başqa idman növlərinə baxmağı xoşlayıram. Məsələn, futbol, boks və UFC arasında seçim etməli olsam, boksla UFC-ni seçərəm".