"Qarabağ"ın futbolçusu Yakup Jezniçak zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlamasında polşalı müdafiəçinin özü bildirib.

Qeyd edək ki, Y.Jezniçak martda milli komandaların oyunları ilə bağlı Topaz Premyer Liqada yaranmış fasilə zamanı zədələnmişdi.