Millətlət Liqasındakı mübarizə bu gün axşam baş tutacaq oyunlarla davam edəcək.
Maraqlı qarşılaşmalardan biri Kiyevdə keçiriləcək. Son vaxtlar ciddi inkişafa nail olmuş Ukrayna dünya və Avropa çempionunu - İspaniyanı qəbul edəcək. Offsideplus.az xəbər verir ki, qonaqların baş məşqçisi Luis Enrikenin mətbuat konfransı kifayət qədər maraqlı alınıb. Yerli jurnalistin sabiq "Baselona"lıya ünvanladığı "İspaniya millisi sürət deməkdir, "Ferrari" kimi. Ukraynanı nə ilə müqayisə edə bilərsiz" sualına Enrikenin cavabı qısa olub: "o da başqa "Ferrari"dir".