Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə birinciliyində 21-ci turun oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, ikinci oyun günündə iki görüş keçirilib. “Qarabağ” evdə “Keşlə” ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisinin qollarından ikisini Ramil Şeydayev, birini isə Ağabala Razamanov vurub.

Əvəzedicilərin çempionatı, 21-ci tur

"Qarabağ" - "Keşlə" - 4:2
Qollar
: Ramil Şeydayev, 31 (1:0),Təbriz Xudanov, 62 (1:1), Elçin Rəhimli, 81 (2:1), Ramil Şeydayev, 83 (3:1), Ağabala Ramazanov, 87 (4:1), Alik Hüseynov, 90 (4:2)

"Kəpəz" - "Zirə" - 0:1
Qol:
 Ülvi İbrahimov, 53