Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Luis Enrike ölkənin futbol federasiyasının rəhbərliyinə maaşının 25 faiz azaldılması ilə bağlı müraciət edib.
Offsideplus.az xəbər verir ki, o, koronavirus səbəbindən yaranan böhranla əlaqədar federasiyaya kömək etmək üçün bu addımı atıb.
İlinə 1.5 milyon avro qazanan ispan mütəxəssisin sayəsində qurum 375 min avro qənaət edə bilər.