“Sabah”ın sabiq üzvü Rojer Roxas Azərbaycan Premyer Liqasında çıxış etdiyi dövrdən danışıb.

Offsideplus.az xəbər verir ki, Kolumbiyanın "Deportivo Tolima" klubunun holduraslı futbolçusu ölkəmizdə əla təcrübə yaşadığını söyləyib:

"Azərbaycanda hamı mən və ailəmə hörmətlə davranırdı. Onların adət-ənənələrinə uyğunlaşmışdıq. Mənim üçün möhtəşəm təcrübə idi. Sonra "Tolima"dan maraq göstərdilər. Klub prezidenti mənə zəng etdi və bura gəlməyi təklif etdi. Azərbaycan klubu ilə danışdım, ayrılmaq istəyimi anlayışla qarşıladılar".