Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub.
Offsideplus.az xəbər verir ki, Dadaş Dadaşlinski nazirliyin mətbuat katibinə verdiyi suallarla onu çətin duruma salıb.
Səmayə Məmmədova "ilin idman televiziya verilişləri kanalı" nominasiyası üzrə yaranan mübahisəyə belə münasibət bildirib:
"Mən bilirəm əslində siz nəyi nəzərdə tutursunuz. Onda gərək biz hər il iki kanaldan başqa heç kimə bu nominasiyanı verməyək. Biz bu nominasiyanı İctimai kanala da, CBC Sport kanalına da vermişik. Hər bir çəkilən zəhmətə qiymət verilməlidir. Mən əminəm ki, biz doğru vermişik bu nominasiyanı. ATV kanalı isə istər mətbuat konfransları, istər idman yarışları olsun, istərsə də idmançıların işıqlandırılması olsun nazirliklə çox sıx işləyibsə, onların mükafatını vermək lazımdır".