Topaz Premyer Liqasının 17-ci turunda "Qəbələ" səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzdu.
Offsideplus.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
- Nə deyim ki? Uduzduq da. Belə oyunlarda xal itirmək yaxşı hal deyil. Pis oynamadıq. Öz qapımıza vurduğumuz qol bizi bəlkə də bizi ruhdan saldı.
- Cavid Hüseynovun yoxluğu görünürdü?
- Hər futbolçunu əvəz edən oyunçu var. Tam heyət olsaydı, daha yaxşı olardı. Amma yenə deyirəm ki, pis oynamadıq. Bəxtimiz gətirmədi.
- “Qəbələ”nin mövsümün ikinci yarısında daha yaxşı çıxış edəcəyi gözlənilirdi. Lakin işlər tərsinə gedir...
- Buna qədər pis getmirdi. Sabah “Qarabağ”ın Gəncədə “Kəpəz”ə qalib gələcəyi halda liderdən bir qədər də uzaqlaşacağıq. İşimizi çox çətinləşdirdik. Çempionluq faizimiz çox azaldı.
- “Qarabağ”ın xal itirəcəyini gözləyirsiniz?
- Çətin ki, bu, baş versin.
- İddianı davam etdirmək üçün “Qarabağ”a qalib gəlmək lazım idi...
- Uzun müddətdən sonra çempionatda ilk oyunumuz idi. Üstəlik, səfərdə oynayardıq. Nəticə pis deyildi. Oyunumuz da yaxşı alınmamışdı.
- Liderlik uğrunda mübarizə zəiflədi?
- Yenə də oyunumuzu göstərməyə çalışacağıq. Qələbə üçün oynayacağıq. Boşalmaq olmaz. “Qarabağ”ın məğlubiyyətini gözləməliyik. Artıq hər şey özümüzdən asılı deyil.