İspaniya millisi və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikeyə ağır itki üz verib.
Offsideplus.az xəbər verir ki, onun 9 yaşlı qızı Ksana dünyasını dəyişib. Enrike bunu şəxsi Tvitter səhifəsində açıqlayıb. O, övladının xərçəng xəstəliyinin qurbanı olduğunu bildirib.
Qeyd edək ki, L.Enrike qızının xəstəliyi səbəbindən ötən ilin yayından çalışdırdığı İspaniya millisindən bu ilin iyun ayında ayrılıb.