Niderland millisinin yarımmüdafiəçisi Tidcani Reynders "Mançester Siti"dən "Əl-Qadisiyə"yə transferini və Səudiyyə Ərəbistanı klubunda ilk qolunu qeyri-adi şəkildə şərh edib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu 19 avqustda "Mançester Siti"dən 61 milyon avroya satılıb. 24 avqustda isə Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda "Neom"a qarşı oyunda ilk qolunu vurub və komandasına 2:0 hesablı qələbə qazandırıb.
"Elə bilirdim, serial bitib. Ssenaridə gözlənilməz dönüş oldu... Sadəcə başqa kanala keçdi. İkinci mövsüm, birinci bölüm", – deyə "Milan"ın sabiq oyunçusu bildirib.


