Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.

Offsideplus.az xəbər verir ki, Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın Bakıda Bolqarıstanın ÇSKA klubu ilə qolsuz heç-heçə etməsi ölkə reytinqinə cəmi 0,125 xal gəlib.

Digər cəbhədə - Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Zirə"nin səfərdə Estoniyanın "Payde" komandasına 0:1 hesabı ilə uduzaması ümumi mövqeyə təsir göstərməyib.

Azərbaycan 20437 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 21500 əmsalı var.