UEFA və FİFA arasında qalmaqal: Tərəflər fikir ayrılığına gəliblər.

Offsideplus.az xəbər verir ki, UEFA rəhbərliyi meydanda qarşıdurma zamanı futbolçuların ağızlarını tutaraq danışmasını qadağan edən və buna görə qırmızı vərəqə cəzası nəzərdə tutan FİFA-nın yeni qaydasını qəbul etməyəcəyini açıqlayıb.

​Yeni qərara əsasən, UEFA-nın bayrağı altında keçirilən turnirlərdə (Çempionlar Liqası, Avropa Liqası və s.) rəqibləri ilə danışarkən ağzını əli və ya forması ilə gizlədən futbolçulara qırmızı vərəqə göstərilməyəcək.

​FİFA bu qaydanı meydandakı təhqiramiz və irqçi ifadələrin, eləcə də gizli münaqişələrin qarşısını almaq məqsədilə tətbiq etməyi planlaşdırsa da, UEFA rəhbərliyi bu cür hallara görə birbaşa meydandan qovulma cəzasının həddindən artıq ağır olduğunu hesab edir və öz yarışlarında bu qaydaya yer verməyəcəyini rəsmən təsdiqləyib.