PSJ-nin sabiq ulduzu Neymar Junior Kilian Mbappe ilə münasibətlərində yaranan problemlər barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu bildirib ki, aralarındakı münasibətlər Lionel Messinin komandaya transferindən sonra dəyişməyə başlayıb.
Neymarın sözlərinə görə, Messi 2021-ci ildə kluba qoşulduqdan sonra Mbappe qısqanclıq hissi keçirməyə başlayıb və bu, onların münasibətlərinə təsir edib:
“Mbappe ilə yaxın dost idik, amma Messi gələndə o, qısqandı. Məni heç kimlə paylaşmaq istəmirdi. Problemlər də elə bundan sonra başladı, davranışı dəyişdi”, – deyə Neymar qeyd edib.
Braziliyalı ulduz PSJ-də layihənin uğursuz alınmasının əsas səbəblərindən biri kimi futbolçuların eqosunu göstərib:
“Eqo yaxşıdır, özünü ən yaxşı hesab etməlisən. Amma anlamalısan ki, tək oynamırsan. Komanda oyunu olduğunu qəbul etməlisən”, – deyə Neymar vurğulayıb.



