Azərbaycan yığmasının hücumçusu Mahir Emreli 3 aylıq fasilədən sonra meydanlara qayıdıb.

Offsideplus.az xəbər verir ki, o, bu gün baş tutan "Proyssen Münster" - "Kayzerslautern" matçında (2:3) 88-ci dəqiqədə meydana daxil olub.

O, zədəsinə görə komandasına kömək edə bilmirdi.

Mahirin komandası "Kayzerslautern" isə ardıcıl 2-ci qələbəsini qazanıb. Onlar 37 xalla 6-cı yerdədir.

"Qırmızı şeytanlar"ın növbəti oyunu fevralın 28-də "Paderborn"a qarşı olacaq.