PSJ-nin fransalı cinah hücumçusu Usman Dembelenin baş məşqçi Luis Enrike ilə münasibətlərinin pisləşməsindən sonra klubdan ayrılmaq istədiyi bildirilir.
Offsideplus.az xəbər verir ki, Parisdə yaranan gərginlik fonunda futbolçu mümkün transfer variantlarını dəyərləndirir və özünün transferini “Çelsi”yə təklif edib.
Dembelenin Premyer Liqaya keçid ehtimalı hazırda gündəmdədir.



