Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo “Əl-Nəsr” matçlarını boykot etməyə son qoymaq qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı ulduz futbolçunun 14 fevral tarixində “Əl-Fəth”ə qarşı keçiriləcək oyunda yenidən meydana çıxacağı gözlənilir.
Məlumata görə, Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (PIF) ilə yaşadığı narazılıqlar səbəbindən iki oyunu buraxmışdı. Lakin onun əsas tələblərinin – gecikmiş maaşların ödənilməsi və klubda idarəetmə müstəqilliyinin bərpası – yerinə yetirilməsindən sonra futbolçu yenidən oynamağa razılıq verib.
Ronaldonun komandaya qayıdışı “Əl-Nəsr” üçün mövsümün kritik mərhələsində mühüm impuls hesab olunur.


