I Liqada çıxış edən "Şahdağ Qusar" heyətinə daha bir legioner futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Fildişi Sahilindən olan Alassane Kulibali ilə müqavilə imzalanıb.

24 yaşlı hücumçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Kulibali son olaraq ölkəsinin "AFAD-Pleteau" klubunda çıxış edib.

Qeyd edək ki, "Şahdağ Qusar" daha əvvəl anqolalı Aqostinyo Çipesseni transfer edib.