Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçları yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, sonuncu qarşılaşmada "Turan Tovuz" və "Kəpəz" üz-üzə gəlib.

Görüşdə tək qol vurulub.

"Turan Tovuz"un müdafiəçisi Hayderson Hurtado fərqlənib və ikinci oyun öncəsində komandasına üstünlük qazandırıb.

Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları martın əvvəlində baş tutacaq.

Azərbaycan Kuboku, 1/4 final

"Zirə" - "Sumqayıt" 0:0

"Sabah" - "Qəbələ" 0:0

"Şamaxı" - "Qarabağ" 2:1

"Turan Tovuz" - "Kəpəz" 1:0