"Renn" klubunun 20 yaşlı müdafiəçisi Jeremi Jake bir çox nəhəng klubun maraq dairəsindədir.
Offsideplus.az xəbər verir ki, "Çelsi", "Liverpul" və "Bayern Münhen" onu yaxından izləyir və yay "transfer pəncərəsi"ndə heyətinə cəlb etməyi planlaşdırırlar.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hazırda bu klublar "Renn"lə aktiv danışıqlar aparırlar.
Gənc mərkəz müdafiəçisi cari mövsümdən etibarən "Renn"in üzvlərindən birinə çevrilib.
"Transfermarkt" portalına görə onun transfer dəyəri 20 milyon avrodur.


