"Qalatasaray" "Trabzonspor"un gənc futbolçusu Krist İnao Ulayi transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" 19 yaşlı oyunçu üçün 20 milyon avro və Ahmed Kutucunu təklif edib.

Lakin "Trabzonspor" bunu qəbul etməyib. Onlar 40 milyon tələb edir.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Klublar arasında danışıqlar davam edəcək.

Ulay ötən ilin yayında Qaradəniz təmsilçisinə qoşulub. O, 5.5 milyon avroya transfer edilib.

Fil Dişi Sahilindən olan futbolçu cari mövsüm 11 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.