Misli Premyer Liqasının iki komandası - "Kəpəz" və "Karvan-Yevlax" yoxlama oyununda üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, görüşdə qapılara qol vurulmayıb. Matç Yevlax şəhər stadionunda baş tutub.

Qeyd edək ki, "Kəpəz" 9 xalla Premyer Liqada 10-cu, "Karvan-Yevlax" isə 6 xalla sonuncu - 12-cidir.