Mövsümün ikinci hissəsinə Türkiyənin Antalya şəhərində hazırlaşan "Zirə" ikinci yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, "qartallar" Ukraynanın "Aleksandriya" klubu ilə üz-üzə gəlib.

"Zirə" görüşdən məğlub ayrılıb - 2:3.

Onların qollarını Yeqor Boqomolski və Ceyhun Nuriyev vurub.

Qeyd edək ki, Rəşad Sadıqovun komandası bu gün daha yoxlama oyununda qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada  rəqib Çexiyanın "Bohemians 1905" kollektivi olacaq.