Türkiyə Superkubokunun qalibi bu gün məlum olacaq.
Offsideplus.az xəbər verir ki, həlledici oyunda "Qalatasaray" və "Fənərbağça" üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.
Tərəflərin Super Liqadakı matçı heç-heçə başa çatmışdı - 1:1.
"Qalatasaray" indiyə qədər 17 dəfə Superkubokun qalibi olub. "Fənərbağça" isə 9 dəfə bunu bacarıb.



