"Roma" klubu "Tottenhem"də çıxış edən Radu Drequşini transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, rumıniyalı müdafiəçi də bu keçidin əleyhinə deyil.
Bu barədə insayder Canluka Di Martsiyo məlumat yayıb.
Drequşin 2024-cü ilin yanvarında "Tottenhem"ə transer olunub. O, cari mövsüm cəmi 1 oyunda meydanda olub.
23 yaşlı futbolçunun "transfermarkt" portalına görə bazar dəyəri 22 milyon avrodur.



