Son zamanlarda Paul Poqbanın “Marsel”ə keçəcəyi ilə bağlı xəbərlər yayılmaqda davam edir.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisinin prezidenti son açıqlamasında fransız ulduzun azad agent kimi komandaya qoşulma şansını rədd etdiklərini bildirib. Klub rəhbərliyi Poqbanın transferi ilə bağlı heç bir müzakirənin aparılmadığını və bu istiqamətdə heç bir planlarının olmadığını açıqlayaraq, komandanın mövcud heyətinə fokuslanacaqlarını vurğulayıb.

Qeyd edək ki, Poqba dopinq qaydalarını pozduğu səbəbilə uzun müddət futboldan kənarlaşdırılmışdı.