PSJ "Barselona"nın parlaq ulduzlarından biri Qavini heyətinə cəlb etmək niyyətindədir.
Offsideplus.az EL Nacionala istinadən xəbər verir ki, fransızlar 20 yaşlı futbolçunun müqabilində 100 milyon avro xərcləməyə hazırdırlar.
Hərçənd Kataloniya klubunun rəhbərliyi komanda üçün çox əhəmiyyətli olan yarımmüdafiəçini satmaq istəmir. Lakin böyük həcmli məbləğ "Barselona" rəsmilərinin fikrini dəyişə bilər.
Qavi özü klubunu dəyişməyə meylli deyil. Mümkün transfer prosesini Dani Olmo sürətləndirə bilər. Əgər Olmo formasını bərpa edib, Qavini start heyətdən kənarlaşdırmağı bacarsa, o zaman "Barselona"dan gedişin gerçəkləşməsi mümkündür.