"Red Bull" yeni bolidini təqdim edib.
Offsideplus.az xəbər verir ki, Avstriya təmsilçisi RB22-ni nümayiş etdirib.
Yeni mövsümdə komandanın pilotları 4 qat dünya çempionu Maks Ferstappen və İsak Acar olacaq.
Qeyd edək ki, "Red Bull" 2025-ci ildə "Mühəndislər Kuboku"nda 451 xalla 3-cü yeri tutub.


