İtaliyalı boksçu Kristian Daqio taylandlı həmkarı Don Parueanqo ilə görüşdə nokautla məğlub olduqdan sonra dünyasını dəyişib.

Offsideplus.az  xəbər verir ki, hadisə Taylandın Ranqsit şəhərindəki Dünya Boks Şurasının (WBC) təşkil etdiyi yarışda baş verib.

12-ci raundda Daqio rəqibin zərbələrinə dözməyərək huşunu itirib və yerə yıxılıb. Qarşılaşmanın hakimi dərhal həkimlərin müdaxilə etməsini istəyib. İtaliyalı idmançı xəstəxanaya çatdırılıb. Beyni ciddi zədələnən boksçu bir neçə gün komada qalıb. Özünə gələ bilməyən boksçu vəfat edib. (report)