Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, məlumatı qurum mətbuat xidməti yayıb. Tədbirdə 2024-cü ilin nəticələri və növbəti ilin fəaliyyət planı müzakirə olunub.

Qurumun vitse-prezidenti Vüsal Nəsirli iclasda bunları söyləyib:

"2024-cü ili Azərbaycan boksu üçün uğurlu oldu. Olimpiya ilində beynəlxalq yarışlarda 160 medalın əldə olunması, Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medalın qazanılmasını yüksək qiymətləndirmək lazımdır. 

Yeni ildən və 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadadan gözləntilər daha böyükdür. Hədəf dəyişməzdir və ilk qızıl medalı növbəti Olimpiadada qazanmaq üçün bütün lazımı addımlar atılacaq".

Tezliklə maddi-texniki bazanın daha da gücləndiriləcək, regionlarda yeni mərkəzlərin, rayon və şəhərlərdə yeni boks zallarının açılacaq. Müəyyən təkmilləşdirmə işləri də aparılacaq".