Albaniyada 23 yaşlı güləşçilər arasında Dünya Çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın üçüncü günündə idmançılarımız bir medal qazanıb və daha növbəti mükafat da komandamızın aktivinə yazıla bilər.

Yunan-Roma güləşində 55 kq çəki dərəcəsində finala çıxan Rəşad Məmmədov burda rəqibi Ahmad Vafaya "3:11" hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

77 kq çəkidə mübarizə aoaran Xasay Həsənli isə təsəlliverici görüşdə Belçika təmsilçisi İbrahim Tabayavla qarşılaşıb və "3-2" hesabı ilə qalib gəlib. İdmançımız bürünc uğrunda gürcüstanlı Temuri Orjonikidze ilə güləşəcək. 

Qeyd edək ki, yığmamızın heyətində ilk medalı Nihat Quluzadə qazanıb. O, çempionatın ilk günü fəxri kürsünün üçüncü pilləsinə qalxıb.