Taciskistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında Dünya çempionatı başa çatıb.
Offsideplus.az xəbər verir ki, son gündə komanda yarışlarında qaliblər bəlli olub.
Azərbaycan cüdoçuları mübarizəyə 1/8 finaldan qoşulublar. Yığmamız tatami sahibləri ilə qarşılaşmada 4:2 hesablı qələbə qazanıblar. 1/4 finalda təmsilçilərimiz Türkmənistanı 4:0 hesabı ilə məğlub ediblər.
Millimiz qələbələri yarımfinalda davam etdirə bilməyib. Fransa ilə gərgin mübarizədə rəqib komanda 4:3 hesabı ilə üstün olub. Bürünc uğrunda görüşdə Özbəkistan idmançıları ilə qarşılaşan cüdoçularımız 2:4 hesabı ilə uduzub. Beləlilkə, komandamız dünya çempionatını medalsız başa vurub.
Qeyd edək ki, yığmamız şəxsi yarışlarda 3 medal qazanıb. Kənan Nəsibov (+100 kq) gümüş, Süleyman Şükürov (81 kq) və Əjdər Bağırov (100 kq) bürünc medal qazanıb.