Cüdoçumuz Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında Dünya Çempionatında bürünc medal qazanıb.
Offsideplus.az xəbər verir ki, Süleyman Şükürov 81 kq çəkidə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Süleyman Mixaylo Simini (Serbiya), Senq Min Kimi (Koreya) və Coşua De Lanqı (Niderland) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.
Burda Jianq Nan Vanqa (Çin) məğlub olan Şükürov bürünc uğrunda görüşdə Muhammad Yusufzodaya qalib gəlib.
Qeyd edək ki, millimiz bununla Dünya Çempionatında ilk medalını aktivinə yazdırıb.