Ankarada keçirilən taekvondo üzrə açıq Türkiyə çempionatı davam edir.

 

Offsideplus.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın gənclərdən ibarət milli komandası mübarizəyə qoşulub.

Baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi altında çıxış edən yığma aktivinə 1 qızıl, 1 gümüş və 2 bürünc medal yazıb.

Taekvondoçularımızdan Zemfira Həsənzadə (44 kq) bütün rəqiblərinə qalib gələrək, qardaş ölkədə Azərbaycan himnini səsləndirib. Yalnız finalda məğlub olan Hüseyn Xudiyev (73 kq) gümüş medala yiyələnib. Vasif Səlimov (59 kq) və Səlimə Quliyeva (42 kq) isə G-2 kateqoriyalı çempionatı bürünc mükafatla başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə yeniyetmə taekvondoçularımız 4 qızıl və 4 bürünc medal əldə ediblər.