Ankarada keçirilən taekvondo üzrə açıq Türkiyə çempionatının ilk günündə dayanq üzərinə yeniyetmə idmançılar çıxıb.

Offsideplus.az xəbər verir ki, çempionatın startı millimiz üçün uğurlu alınıb.

Baş məşqçi Rəşad Məmmədov və böyük məşqçi Vurğun Cəfərovun komandasında finala çıxan 4 idmançının hər biri qalib adına yiyələnib. Boyu 156 sm-dək olan taekvondoçuların mübarizəsində oğlanlar arasında İlyas Hətəmli, qızlar arasında Humay Dadaşova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bütün rəqiblərini məğlub edən Şəms Əlizadə (160 sm) və Tamerlan Yaqubov (180 sm) da Ankarada Azərbaycan himnini səsləndirib.

Digər taekvondoçularımızdan Xəzər Həmidov (152 sm), Novruz Əliyev (160 sm), Nülufər Borji (168 sm) və Fatimə Həsənova (172 sm) isə turniri bürünc medalla bitiriblər.
Qeyd edək ki, iyulun 9-da başa çatacaq G-2 kateqoriyalı çempionatda gənc taekvondoçulardan ibarət Azərbaycan millisi də gücünü yoxlayacaq.