Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatı davam edir. 

Offsideplus.az xəbər verir ki, bu gün Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.

57 kq çəki dərəcəsində çıxış edən Nurəddin Novruzov 1/4 final mərhələsində moldovalı Gennadi Diuvenji ilə qarşılaşacaq. 65 kq-dakı Rəşid Babazadə təsnifatda Diuvenjinin həmyerlisi Veniamin Borzinlə görüşəcək. 70 kq-dakı Maqomed-Başir Xaniyev 1/8 finalda Narek Poqosyanla (Ukrayna), 79 kq-dakı Səbuhi Əmiraslanov 1/4 finalda Radomir Stoyanov (Bolqarıstan) - Mateuş Pedziçk (Polşa) cütünün qalibi ilə güləşəcək. İslam İlyasov (97 kq) təsnifatda Ertuğrul Ağcanın (Almaniya) müqavimətini qırmağa çalışacaq.

Qadın güləşçilərimizdən Birgül Soltanova (65 kq) finalda Amina Kapezanı (Rumıniya) sınağa çəkəcək. Gültəkin Şirinova (53 kq) bürünc medal uğrunda görüşdə Mariana Draqatun (Moldova) - Çadiya Ayaçi (Fransa) duelinin qalibi ilə qarşılaşacaq. Jalə Əliyevanın (57 kq) təsəlliverici qarşılaşmada rəqibi Nazife Mustafa Tahir (Bolqarıstan) olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərimiz Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medal əldə edib.