Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasovun növbəti döyüşünün vaxtı müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı idmançı növbəti döyüşünü martın 18-də keçirəcək.
Qazaxıstanın Almatı şəhərində keçiriləcək döyüş gecənin əsas qarşılaşması olacaq. Onun rəqibi yerli idmançı Fanil Rafikov olacaq.
Döyüş “Nazia Fighting Championship” tərəfindən təşkil olunacaq.