Meksikanın Qvadalaxara şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan millisi adına ilk medalın sahibi Cavad Ağayev olub.

68 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz yarımfinalda Cənubi Koreya təmsilçisi Kvon Doyuna məğlub olaraq dünya çempionatının bürünc medalına yiyələnib.

Cavad Ağayev DÇ-də Azərbaycan adına ilk medalı qazanması barədə təəssüratlarını Offsideplus.az-a bölüşüb:

- Çox sevinirəm ki, vətənimə medalla qayıdıram. Hər bir idmançının məqsədi qızıl medal qazanmaqdır. İnşallah, gələcək yarışlarda qızıl medal olar. Sadəcə qismət 3-cü yer imiş. Buna da şükürlər olsun. İnşallah, komanda yoldaşlarım bizi və vətənimizi qızıl medalla sevindirər.

- Finala çıxmağın bir addımlığında idiniz. Koreyalı rəqiblə görüşün nəticəsini ədalətli sayırsınız?

- Bu bir yarışdır. İki idmançıdan biri qalib olur, biri məğlub. Sadəcə hakimlərin verdiyi qərar finalın bir addımlığında məni növbəti mərhələyə keçməkdən uzaqlaşdırdı.

315888248 553580333442741 5190887744498134297 n

 

315948170 553572533443521 4054691130338025035 n

 

316131124 553580376776070 2474280601552151858 n

 

 

16686830302519223311 1000x669

 

 

Men 68kg Guadalajara 2022 World Taekwondo Championships