Bakıda keçirilən Para-cüdo üzrə dünya çempionatına start verilib.

Offsideplus.az xəbər verir ki, ilk gündə Azərbaycan paracüdoçusu Şəhanə Hacıyeva bürünc medala yiyələnib.

J2 kateqoriyası üzrə -48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda həlledici dueldə Taypey təmsilçisinə qalib gələrək ölkəmizə mundialın ilk mükafatını qazandırıb.