Bu gün Bakıda - Heydər Əliyev adına İdman Arenasında cüdo üzrə Böyük Dəbilqə turniri başlayıb.
Offsideplus.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 13 idmançısı mübarizə aparır.
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb. 60 kq-da çıxış edən idmançı 1-ci yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Kalmatova qızıl xal bölümündə qalib gələrək turnirin qalibi olub.
Yarımfinalda komanda yoldaşı B.Ağayevə uduzan Kəramət Hüseynov (60 kq) isə bürünc medal görüşündə ispaniyalı Fransisko Qarriqosa ipponla qalib gəlib.
66 kq-da çıxış edən Orxan Səfərov yarımfinalda moldovalı Denis Vyeruya uduzub. O, bürünc medal görüşdə Strahindza Bunçiçə (Serbiya) qalib gələrək 3-cü olub. Eyni çəkidə yarışan Kamran Süleymanov isə təsəlliverici qarşılaşmada uduzub.
Kamran Süleymanov (66 kq) bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.
Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva, Aişə Qurbanlı və Ramilə Əliyeva, 52 kq-da isə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva yarışı medalsız başa vurub.