Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə Böyük Dəbilqə start götürəcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın beş cüdoçusu mübarizəyə qoşulacaq. Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində İtaliya təmsilçisi Angelo Pantano ilə, eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayevlə (Qazaxıstan) üz-üzə gələcək.
66 kq-da yarışan Tofiq Məmmədov 1/32 final mərhələsində Oskar Pertelsonla (Estoniya) görüşəcək.
Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva 1/16 finalda Rafael Batistanın (Braziliya), 52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva eyni raundda Tolqanay Abeuovanın (Qazaxıstan) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Böyük Dəbilqəyə oktyabrın 23-də yekun vurulacaq.