Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatındakı ilk görüşündə - 1/16 finalda braziliyalı Daniel Karqninə məğlub olan Rüstəm Orucov bu barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Orucov sosial şəbəkə hesabında məyus olduğunu bildirib:
"İlk öncə mənə dəstək olan hər kəsə təşəkkür etmək istərdim. Aylarla davam edən məşq və təlimlərdən sonra bunun baş verməsi çox məyusedicidir. Bir neçə gün istirahət edib, fikirlərimi toplamaq və vəziyyəti analiz etmək istəyirəm. Nə baş verirsə, versin, bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir. Sonda bunu qeyd etmək istərdim ki, heç nə bitməyib. Daha güclü dönəcəm!"