Azərbaycan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatında ilk medalını qazanıb.

Offsideplus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov bürünc medal uğrunda görüşdə israilli Tohar Butbulla qarşılaşıb. Qarşılaşmanın əsas vaxtında hesab açılmayınca görüş qızıl xal bölümünə qədər uzanıb.

Rəqibinə ipponla qalib gələn Heydərov Azərbaycana mundialda ilk medalı qazandırıb.