Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında medal qazana bilməyib.
Offsideplus.az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu bürünc medal uğrunda qarşılaşmada Macarıstan təmsilçisi İsmail Musukayevə uduzub.
Bu gün həmçinin 97 kq-da yer alan Maqomedxan Maqomedov bürünc medal görüşündə iranlı Məhəmmədhüseyn Məhəmmədianla üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq)