Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Offsideplus.az xəbər verir çki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı polşa təmsilçisi Radoslav Marçinkieviçə (11:0) qalib gələrək yarışı 3-cü pillədə tamamlayıb.

Bununla da sərbəst güləş üzrə komandamız DÇ-da ilk medalını aktivinə yazdırıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanmışdılar. Bu nəticəyə əsasən yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.