Azərbaycan kikboksçuları Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında 3-cü qızıl medalı qazanıb.

Offsideplus.az xəbər verir ki, dünya çempionumuz Anar Məmmədov (low kick, 57 kq) finalda meydan sahibi Türkiyə idmançısı Hatip Emlekə qalib gəlməklə İslamiadanın qalibi adını qazanıb.

Digər dünya çempionumuz Ramal Aslanov (low kick, 75 kq) finalda meydan sahibi Türkiyə kikboksçusu Ünal Alkayışa uduzub.

Saqi Salehli (full contact, 75 kq) isə finalda Mahmud Xayotova (Özbəkistan) uduzaraq gümüş medalla kifayətlənib.