Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan aktivinə daha bir qızıl medal yazdırıb. Cüdoçumuz Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə ipponla qalib gəlib. 60 kq çəki dərəcəsində çıxış edən idmançımız "qızıl" qazanıb.
Qeyd edək ki, qadın cüdoçumuz Könül Əliyeva (48 kq) finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olaraq gümüş medalla kifayətlənib. Leyla Əliyeva isə üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə uduzub.