Azərbaycan qadın taekvondoçusu Fəridə Əzizova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olub.

Offsideplus.az xəbər verir ki, 67 kq-da yarışan idmançı finalda iranlı Zeynəb İsmailiyə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

68 kq çəkidəki Cavad Ağayev isə finalda özbəkistanlı Uluqbek Raşidova uduzaraq, gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan taekvondoçuları günü bir dəst medalla başa vurublar. Bürünc medalı 49 kq çəkidə Patimat Abakarova əldə edib.