Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyevin, baş məşqçinin köməkçisi Mehman Quliyevin iştirakı ilə İmişli şəhərində kikboksinq idman növü üzrə seminar keçirilib.

Offsideplus.az xəbər verir ki, 100-ə yaxın yeniyetmə və gənc kikboksçu həmin seminarda iştirak edib. Belə tədbirlər regionlarda kikboksinq idman növünün daha çox təbliğinə hesablanıb. Saytımıza açıqlamasında Hikmət Hacıyev belə seminarların sayının çoxaldılacağını bildirib:

"Biz həmişə kikboksun inkişafı üçün əlimizdən gələni etmişik. Şəxsən mən uzun illərdir ki, bu işlə məşğulam. Bölgələrdə də kikboksun daha da inkişafını qarşımıza məqsəd qoymuşuq. Federasiya ilə birlikdə daha da irəliyə addımlayırıq. İmişlidə xeyli uşaq gördüm ki, gələcəyin çempionlarıdır. Rahatlıqla demək olar kikboks idman növünün gələcəyi əmin əllərdədir".

Yekunda Hikmət Hacıyev federasiya tərəfindən idmançıları hədiyyələrlə təltif edib.